Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Köhnə liftlər insanların qatilinə çevrilib

Bakı sakini liftdə həlak olub

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 9 mərtəbəli yaşayış binasının liftində 1985-ci il təvəllüdlü Hacıyev Ceyhun Malik oğlu şaxtanın divarı ilə lift kabinəsi arasında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi liftin şaxtasından çıxarılmasını təmin ediblər.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı C.Hacıyevin vəfat etdiyi müəyyən edilib.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.
1590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber