Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2015

Türkiyəyə 48 saat vaxt verildi

İraqın Baş naziri Heydər Abadi Türkiyənin rəsmi Bağdadın xəbəri olmadan Mosula əlavə əsgər yerləşdirməsini başqa bir dövlətin ərazi bütövlüyünə müdaxilə kimi dəyərləndirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Abadi Türkiyə hərbçilərinin 48 saat ərzində ölkədən çıxarılmasını tələb edib. Əks təqdirdə İraqın öz ərazi bütğvlüyünü təmin etməsi üçün hər vasitəyə əl atacağını, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şursına müraciət ediləcəyini bildirib.

İraqın müdafiə naziri Xlid əl Obeydi isə Türk əsgərlərinin Mosulda Peşmərgəyə təlim keçən mütəxəsislərin qorunması üçün göndərildiyini bildirsə də, onların sayının normadan çox olduğunu vurğulayıb.
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54