Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Tehran və London müvəqqəti diplomatik nümayəndəlik açır

Rəsmi London və Tehran qarşılıqlı diplomatik əlaqələrini yenidən bərpa edirlər.

SalamNews-un “Fars”agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm məlumat verib. O mətbuat konfransında bildirib ki, iki ölkənin XİN rəhbərləri Nyu-York görüşləri çərçivəsində diplomatik əlaqələrin bərpa edilməsi istiqamətində razılığa gəliblər.

Məlumata əsasən, Britaniya XİN rəhbəri Vilyam Hig Məhəmməd Cavad Zəriflə telefon təmasında olub və diplomatik əlaqələrin müvəqqəti işlər vəkili müstəvisində başlamasını təklif edib.

Xatırladaq ki, Rəsmi Tehran və Britaniya əlaqələri iki il əvvəl İranda “Bəsic” üzvlərinin Britaniya səfirliyinə hücumundan sonra daha da gərginləşib.
1641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00