Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Gecələr siçovul əlindən yata bilmirəm - Fotolar

Hər fəslin öz gözəlliyi , öz özəlliyi var.Qışın gözəlliyi onun bəmbəyaz qarında, şıdırğı yağışında, sərt şaxta ayazındadır. Bu gözəllikləri yaşayır, anlayır və ana təbiətə şükranlıq edirik. Amma hamımızmı? Təəssüf ki,qışı dərd bilən imkansızlar varki, onlarıda haqsız saymaq olmur. Bu gün çəkiliş apardığımız Dərnəgül qəsəbəsi Koroğlu Rəhimov küçəsinin sakinləri olan bu qaçqınlar şəraitsiz,istiliksiz evlərdə yaşayır, isti geyimlərə həsrətçilik çəkirlər. Elə bu küçəyə yaxınlaşar – yaxınlaşmaz küçə sakinləri yığışdılar bir yerə. Şikayət şikayət dalınca: " Baxın yollarımız bu cür vəziyyətdə, dünən yağan qarın suyudu düz gəlib tökülür evimizin içinə, belədə yaşayış olar? Bir baxan yox maraqlanan yox, nə qaz var, nə işıq var. İşıq yandırırlar guyaki. Hər gün sönür. Evlərmizdədə heç bir istilik sistemi yox. Məcburuq qızdırıcı peçlərdən istifadə edək, işıqda olmuyanda gəl yıxıl öl. Hara baxır hökumət?
Elə bu arada Ezangül adlı xala bizi öz evinə aparıb yaşadığı şəraitlə tanış etdi.” Baxın qızım yaşadığım vəziyyət bu cürdür. Balaca bir ev, odaki su başımıza damır, hər tərəf nəmişlik. Gecələr siçovul əlindən yata bilmirəm. Döşəməyə baxın özüm beton vurmuşam ki, olan dəliklər yumulsun.Qalan yerlərə də dəmir qapaqlardan, kartonlardan istifadə etmişəm.Baxanda yoxdu. Qaçkınkoma müraciət edirik ancaq nə faydası? Mənə bir arayış vermirlər, qırğınnan müharibəynən alıram, sosial yardıma vermək üçün, uşaqlara verməyə lazım olur bəzi sənəd işlərində. Qaçqınkoma gedirəm deyirlər yoldaşın hanı sənin? Nədi-nədi yoldaşımın üstünə prapiska deyiləm.Görmürlər ki, qaçqınam? Mənə deyirlər nə blim yoldaşın hara prapiskadı gedin ordan alın.Mən durum Ermənistana gedim? Axırı ki, davaynan qırğınnan alıram. Bizdə insan deyilikmi?
Sonra qonşuluqda yaşayan Ağca nənənin yaşayış şəraiti ilə maraqlandıq. Ağca nənənin 84 yaşı var. Ağdam qaçqınıdır.Artıq üç ildiki həyat yoldaşı rəhmətə gedib.Altı aydır ki, yıxılıb , ayağını sındırıb. Indidə güclə evin içində yavaş – yavaş dəmir tutğacla gəzir.” Ev yox ,eşik yox. Yağış yağanda su başıma damır. Qılçamda altı aydır ki, bu vəziyyətdə. Bir uşağımın heç olmasa normal bir yaşamağa sığınacagı yoxdurki başımı salım.Onlar da neçə nəfər kiçik bir otaqda qalır. Bu otağıda biz özümüz qaraltmışıq. Nəvələrim artıq əsgərlikdən gəliblər evlənəsi vaxtları, nə iş var , nədə ki ev. Biz qaçqınlarla maraqlanan yoxdu. Sosial yardım verirlər guyaki, deyirlər altı ayı sizin , altı ayınıda mən yeyim.İstiyirsən qəbul et istiyirsən etmə. Pensiya ilə dolanırıq ancaq, beş –üç quruş alıram oda özümü ancaq görür. Bu dəmirə 50 manat pul vermişəm, bunun iynəsinini , dərmanını demirəm . Özünüzdə görürsüz vəziyyətimizi divarlar nəm, qaz yox, işıq yox, dəqiqədə söndürürlər. Nə bir maraqlanan var, nədəki sayan”.













/starxeber /




1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42