Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2015

ABŞ bir daha terrorçulara qarşı mübarizə aparmadığnı sübut etdi

ABŞ-ın liderliyi ilə qurulan Qərb koalisiyası ilk dəfə Suriya ordusunu vurub.

Koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Suriya ordusunun Deyr əz Zorda yerləşən hərbi düşərgəsini hədəfə alıb.

“Frans Press”in məlumatına görə, Londonda yerləşən Suriya İnsan Haqları təşkilatı 4 hərbçinin həlak olduğunu, 13 nəfərin isə yaralandığını bildirib.

Məsələ ilə bağlı Suriya Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına nota göndərib.

Nazirlikdən verilən məlumata görə, koalisiya təyyarələrinin Suriya hökumət qüvvələrini hədəfə almasının yolverilməz olduğu və BMT konvensiyasının kobud şəkildə pozulduğu bildirilib.
777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.07.17, 09:28
Bakıda qan töküldü
22.07.17, 22:40