Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2015

Məşədi Natiq “MTN agenti” ittihamına cavab verdi

“Bu məlumatları yazanların sarsaqlıqlarının həddi-hüdudu yoxdur. Mən buna açıqlama vermək üçün onların səviyyəsinə düşməliyəm. Allah qoysa bizə atılan bu böhtanlar onların özlərinə yapışacaq”.
Bunu Cebhe.info-ya Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov mediada onun “MTN agenti” olduğu barədə məlumatlara açıqlama verərkən deyib.
Onun sözlərinə görə, absurd xarakterli yazılar həqiqətə söykənmir: “Mənim 70-ə yaxın yaşım var. Şükürlər osun ki, hamı məni yaxşı tanıyır. Sevinirəm ki, o yazıların altında camaat öz şərhlərində bunun cavabını veriblər. Ona görə də mənim deyəcək sözüm qalmır. Allah belə buyurub: İnsanlara ağıl ona görə əmanət edilib ki, bir vaxt gələr insanlar o ağıldan nicat tapar. Bir insanın ki, ağlı yoxdur, Allah onun əqlini alır, o adam hər şey edə bilər. Belə insanlara nə cavab verəsən? Mən bu barədə bəyanat da hazırlamışam, yayacam. Axmaq söhbətlərə cavab vermək onların öz səviyyəsinə enmək deməkdir”.
Məlumatlarda Məşədi Natiqin barəsində əldə olunmuş faktlarla bağlı üç gün əvvəl Respublika Prokurorluğuna çağırıldığı bildirilir. Məşədi Natiq heç bir yerə çağırılmadığını və yazılanların yalan olduğunu deyib: “Mən heç yerə çağırılmamışam. Kənddəyəm. İşim olanda şəhərə çıxıb-gəlirəm. Telefon nömrəm isə 15 ildir ki, eyni nömrədir. Əgər Prokurorluğa çağırılsam, mənə bu barədə kağız göndərilərdi. Ümid edirəm ki, hər yerdə hələ vicdanını itirməyən insanlar var. Bir-iki dəfə Nardaranda çağırıblar, yenə maşınla gətirib qoyublar. Yenə çağırsalar, cavab verməyə hazıram”.
MTN-nin vəzifəli şəxslərinin himayəsi altında Natiq Kərimovun Heydər Əliyev adına Hava Limanında ticarət obyektlərinin olması məsələsinə gəlincə, kənd ağsaqqalı yazılanlara cavab olaraq qəhqəhə ilə gülüb: “Allah ağzından eşitsin, qızım. Əksinə, nardaranlı olduqlarına görə Heydər Əliyev adına Hava Limanında çalışan 5 nəfəri işdən kənarlaşdırıblar. Dünən bundan xəbər tutmuşam. Hələ başqa söhbətlər də var. Qoy yazsınlar”.
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber