Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2015

Mosulun neftinə sarı tamah!

Nur-az.com alalam.ir-a istinadən:
Artıq İraqın siyasi medialarında Türkiyənin bu ölkənin ərazilərinə hərbi müdaxiləsi Mosulun neftinə maraq kimi qiymətləndirilir. Siyasi ekspert Məsud Əbdülxaliq bildirib ki, Türkiyəni Mosula çəkib gətirən bu məntəqənin neft quyularıdır və onlarda bu maraq tamamilə müşahidə olunur. Lakin onlara xəbərdarlıq edirik ki, region olduqca gərgin vəziyyətdədir və burada Rusiyanın hüzuruna biganə qalmamalıdır.
Demək olar, İraqın əksər dövlət və siyasi nümayəndələri Türkiyənin bu özbaşınalığını məhkum ediblər və bunu beynəlxalq ölçüləri pozaraq ölkənin daxilinə təcavüz və hətta işğal hesab ediblər. Təhlükəsizlik üzrə siyasi analitik Əbdülqəni Əli-Yəhya qeyd edib ki, şübhəsiz, Türkiyə məntəqəyə qalmaq niyyətilə daxil olub və çox güman ki, xaric olmağı çətin məsələdir. Bu fakt həmin ölkənin tarixində bir növ inkarolunmaz reallıqdır.
Bununla belə, Neynəva vilayətinin sədri yaxınlarda yeni qüvvənin daxil olmadığını və mövcud olanların da, hərbi təlim təyinatlı olduğunu bildirib. Yaxud Həmmadi əl-Akub Türkiyədən qüvvə yeridilməsini təkzib edərək deyib ki, bu hərbiçilər Səncar məntəqəsində könüllü olaraq təlim vermək üçün hazır olan türk ekspedisiyasıdır və onların Neynəva vilayətindəki Kanadadan hərbi təlimə gəlmiş qüvvələrlə fərqi yoxdur.
Amma faktlar göstərir ki, Türkiyə neçə gün əvvəl 200-dən çox hərbiçi, 15 tank, 12 zirehli və 20-dən çox hərbi nəqliyyat vasitəsi və silah-sursatla İraqın şimalına qoşun yeridib.
692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber