Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2015

İraqdan Türkiyəyə qarşı sərt ittiham

İraqın baş naziri Heydər əl-İbadi Türkiyə sərhədi vasitəsilə ölkədə hasil edilən neftin qaçaqmal yolu ilə daşınmasını dayandırmağı tələb edib.

“Milliyət”-in verdiyi məlumata görə, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb.

əl-İbadinin sözlərinə görə, İŞİD terror qruplaşmasının əlinə keçən neftin böyük hissəsi Türkiyə ərazisindən keçirilir.

İraqın baş naziri yenidən rəsmi Ankaradan türk hərbçilərinin Mosul şəhəri ətrafından çıxarılmasını tələb edib.

Sky News Arabia telekanalının xəbərinə görə, əl-İbadi Almaniya XİN rəhbəri ilə görüşdən sonra bildirib ki, əks təqdirdə rəsmi Bağdad suverenliyinin pozulması ilə əlaqədar BMT-yə müraciət etməli olacaq.
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26
T