Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Türkiyə ilə Ermənistan arasında ticarətin həcmi 2,5 dəfə artıb

1993-cü ildən bu günədək sərhədləri bağlı olan Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələri durmadan genişlənib. Bu sözləri Türkiyə-Ermənistan İşadamları Şurasının həmsədri Arsen Xazaryan deyib. «Ermenihaber»in yazdığına əsasən, Gürcüstan vasitəsilə həyata keçirilən ticarət əlaqələri 2009-cu ildən, yəni sərhədlərin açılması ilə batğlı İrəvanla Ankara arasında protokollar imzalandığı gündən bəri 2,5 dəfə artıb: “Bu gün ticarətimiz 100 milyondan 250 milyon dollar səviyyəsinə yüksəlib. Hazırda təxminən 100 min erməni Türkiyəyə gəlib öz pullarını xərcləmək üçün fürsət gözləyir». Ermənistan və Türkiyənin iqtisadi əlaqələrini “birtərəfli» olaraq dəyərləndirən Xazaryan “Normallaşma prosesi baş verərsə, bölgədə ticarətimiz sürətlə genişlənərək pik nöqtəsinə çatacaq» deyib. Onun sözlərinə görə, apardıqları araşdırmalar göstərir ki, bu gün «çomadan ticarəti» Ermənistanda geniş yayılıb. Bir erməni tacir Türkiyəyə hər gəlişində orta hesabla 10 min dollar xərcləyir. Təbii ki, Ermənistana qayıtdıqda aldığı malları ikiqat qiymətə sataraq qazanc əldə edir.
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...