Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2015

Rusiyanın dünyanı lərzəyə salan yeni silahı

Rusiyada “T-50” beşinci nəsil qırıcısının sınaq uçuşları başa çatmaq üzrədir. Bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov xəbər verib.

"Sınaqlar faktiki olaraq təyyarənin uçuş-texniki xarakteristikalarını təsdiq etdi",- deyə o qeyd edib. Borisov əlavə edib ki, hər şeydən əvvəl radio elektron avadanlığı və müxtəlif döyüş vasitələri yoxlanılıb.

Rusiyanın “Suxoy” şirkətinin hazırladığı “T-50” qırıcısı amerikalıların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “Sukhoi” reaktivlərinin yeni nəsil versiyası olan “T-50 PAK FA”lar bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir. Döyüş təyyarəsinin maliyyə dəyəri az olsa da, super manevr qabiliyyətinə malikdir. “T-50” qırıcısının əsas üstünlüyü radarlara yaxalanmamasıdır.

Rusiya Müdafiə Nazirliyi mayın 9-da Moskvada Qırmızı meydanda Qələbənin 70 illiyinə həsr edilmiş paradda ən yeni beşinci nəsil qırıcılarını çıxarmağa qərar vermişdi. Son anda “T-50” qırıcıları tam hazır olmadığından onların yerinə Rusiya Hərbi Hava Qüvvələrlərinin ən yeni təyyarəsi “Su-35” iştirak etmişdi. Ekspertlər hesab edirlər ki, bu qərar təhlükəsizliklə bağlı qəbul edilib."Təyyarə hələ dövlət sınaqlarını keçməyib. Qırıcı Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına qəbul edilməyib", - deyə hərbi mənbə bildirmişdi. “T-50” birinci uçuşu 2010-cu il yanvarın 29-da Komsomolsk Amurda olub./ans/
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber