Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2015

“Günəşli”dən son xəbər: itkinlərin axtarışı davam edib, yanğını söndürmək olmur

Gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib
“Günəşli” neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.

Gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib.

Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub.

Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59
Təbrizdə Nardaran