Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2015

Yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb olundu

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğının aradan qaldırılması üçün xarici mütəxəssislər cəlb edilib. Onlar artıq 10-cu özüldə, platformanın üzərindədirlər.

Trend-in məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğın hadisəsi ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, qeyd edib ki, yanğının söndürülməsi üçün işlər davam etdirilir: "Xarici mütəxəssislər özülün sahəsinə qalxıblar, onlar vəziyyəti görüb qərar verməlidirlər".

B.Ağarəhimov əlavə edib ki, bu gün səhərdən indiyədək aparılan axtarışlar zamanı yanğın nəticəsində itkin düşən neftçilərdən heç birinin cəsədi aşkarlanmayıb: "Yanğın isə ilk gündəkinə nisbətən xeyli zəifləyib".
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18