Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

Rusiya İŞİD-in paytaxtını bombardman etdi

Rusiya Aralıq dənizindəki “Rostov-Don” sualtı qayığından İŞİD-in paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bildirib.

“Aralıq dənizi akvatoriyasında olan “Rostov-Don” sualtı qayığından ilk dəfə olaraq “Kalibr” raketlərinin buraxılışını həyata keçirdik”, deyə Şoyqu bildirib.

Onun sözlərinə görə, sualtı qayıqdan endirilən zərbələr nəticəsində İŞİD-in Rakkadakı iki iri məntəqəsi məhv edilib./apa/
1072 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP