Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

İraq NATO-ya Türkiyədən şikayət etdi

İraqın baş naziri Heydər əl-İbadi NATO-ya müraciət edərək, hərbçilərin ölkənin şimalından dərhal çıxarılmasına dair Türkiyəyə təsir etməyə çağırıb.

Bu barədə İraq hökumətinin yaydığı bəyanatda bildirilir. Sənəddə qeyd edilir ki, məsələ ilə bağlı Heydər əl-İbadi və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

“NATO öz təsir vasitələrindən istifadə edərək Türkiyəni hərbçilərin İraqdan dərhal çıxarılmasına məcbur etməlidir”, deyə İraq hökumətinin Ankaraya verdiyi 48 saatlıq ultimatumun vaxtı başa çatdıqdan sonra rəsmi Bağdadın yaydığı bəyanatda qeyd olunub.

Qeyd edək ki, Türkiyə dekabrın 4-də 130 hərbçidən, tanklardan və artilleriyadan ibarət birləşməsini İraqın şimalında yerləşdirib. Türkiyə rəhbərliyi bu addımın İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirib. İraq XİN-i dekabrın 5-də Türkiyə səfirindən türk hərbçilərinin ölkənin şimalından dərhal çıxarılmasını tələb edib.
1122 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...