Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

Hitlerin son sığnacağı tapıldı - 62 il sonra

Avstriya əsilli alman siyasətçi, nasist lider Adolf Hitlerin son sığnacağının fotosu yayılıb.

62 il sonra tapılan sığnacağın şəkillərini fransız fotoqraf çəkib.

Meşənin içində ağac və kollardan görünməyən sığnacaq gizli şəkildə dövrün döyüş şərtlərinə uyğun formada inşa edilib.

Məlumata görə, Hitler burada İngiltərəyə hücum planlarını təşkil edib.

Tapılan sığnacaq yerin 30 metr dərinliyində yerləşir. 9 km uzunluğunda olan tunel qapısı isə paslanmış boruların keçdiyi qaranlıq otaqlara açılır.

Nasist liderin sığnacağının müasir dövrlə müqaisədə iki ilə hazırlanan metro stansiyası tunelindən uzun məsafədə olduğu müəyyən edilib.

Sığınacaq Hitlerin son əmr verə biləcəyi bir mərkəz olaraq inşa edilib. Hitlerdən sonra fransızlar divarlara "Terrain Militaire Defense D'entrer" ("Hərbi müdafiə sahəsinə giriş”) yazıblar.

II Dünya Müharibəsinə və o dövrə xüsusi maraq göstərən fotoqraf Askat bu xüsusi ərazinin fotosunu çəkmək üçün Fransanın illik ov mövsümündə xüsusi icazə alıb.

Qeyd edək ki, sığnacağın tapıldığı ərazidə hərbi təlim keçirildiyi üçün meşənin adı və ünvanı gizli saxlanılır./axar/





1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...