Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

Leyla Yunusun məhkəməsi irəli çəkildi

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun işi üzrə dekabrın 10-na təyin edilən apellyasiya baxışı dekabrın 9-na keçirilib.

Bu barədə vəkil Elçin Sadıqov özünün Facebook səhifəsində yazıb.


Onun sözlərinə görə, buna səbəb kollegiya hakimlərindən birinin məşğul olması ilə bağlıdır.

Leyla və Arif Yunuslar ötən ilin iyulunda həbs olunublar.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum ediliblər.

Amma Arif Yunus səhhətində yaranan problemlərə görə bu il noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq azadlığa buraxılıb.
1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...