Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

ABŞ-da İŞİD-in laboratoriyası

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) bombaların istehsal olunduğu laboratoriyanı tapıb.


Laboratoriya Kaliforniya ştatının San-Bernardino şəhərində 14 insanı güllələyən ər-arvadın - Sayed Rizvan Faruk və Taşfin Malikin evində aparılan axtarışlar nəticəsində aşkarlanıb.

FTB-nin Los-Anceles bölməsinin direktor müavini Devid Bouiça laboratoriyada 19 ədəd əldəqayırma partlayıcı qurğunun tapıldığını bildirib. FTB-nin nümayəndəsinin sözlərinə görə, istintaq terror aktının kimlərin göstərişi ilə həyata keçirildiyini hələ müəyyənləşdirə bilməyib.

Xatırladaq ki, terror aktı dekabrın 2-də baş verib. İki avtomat və iki tapança ilə silahlanan ər-arvad 14 nəfəri öldürüb, 21-i isə yaralayıb. Onlar hadisədən bir neçə saat sonra polislə atışmada öldürülüb.

Taşfin Malik terror aktından bir neçə saat əvvəl Feysbuk səhifəsində İŞİD terror qruplaşmasına dəstəyini ifadə edib./publika/
1746 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP