Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

Çörəyin faydası və ziyanı. Çox vacib bilgilər!

Çörək tək qida deyil. Çörək bolluğun, rifahın rəmzidir.
Bütün dünya mətbəxlərində bu və ya digər formada çörək var. Müxtəlif ölkələrdə çörəyi müxtəlif üsullarla, müxtəlif undan və müxtəlif formalarda hazırlayırlar.
Arxeoloqların fikirinə görə, çörək 7000 il bundan əvvəl "icad" olunub.
Çörəyi əksər hallarda buğdadan hazırlayırlar. Buğda möcüzəli bitkidir. Onun tərkibində karbohidratlar, zülallar, praktiki olaraq bütün əsas vitaminlər və minerallar var. Lakin müasir dövrdə buğda xüsusi emaldan keçir ki, nəticədə onun ən faydalı hissələri (taxılın qişaları, rüşeymi) atılır. Məhz belə emaldan sonra biz ağ un ("əla növ" un) əldə edirik. Bu undan ağ yumşaq çörək, bulkalar və s. dadlı məhsullar hazırlanır. Bu məhsullar çox dadlıdır, lakin onların faydası çox azdır. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köpə səbəb olur.
Ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.
Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Biz ona adətən "qara çörək" deyirik. Bu çörək daha gec mənimsənilir və ağ çörəklə müqayisədə onun tərkibində daha çox faydalı maddələr saxlanılır.
Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağrsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.
Çörəyi düzgün yemək lazımdır. Bu nə deməkdir? Diyetoloqlar çörəyi yeməkdən əvvəl bir qədər qurutmağı tövsiyə edirlər.
Bayat çörək yumşaq təzə çörəkdən daha faydalıdır. Bunu bütün həkimlər və diyetoloqlar təsdiq edir. Bayat çörək daha yaxşı mənimsənilir və köp, ağırlıq kimi xoşagəlməz hisslərə səbəb olmur.
Çörəyin üzərində kif varsa, belə çörəyi yemək olmaz. Bəzən insanlar üzərində kif olan tikəni kəsib qalan çörəyi yeyirlər. Bu qəti şəkildə yolverilməzdir. Kif göbələyin sporları gözlə görünmür və insan bilmədən bu sporları olan tikəni yeyə bilər. Kif göbələyi çox ziyanlıdır və nəinki qida zəhərlənmələrinin, hətta ağır qan və ağ ciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.
Təbii ki, ən ideal variant çörəyi evdə emal olunmamış undan bişirməkdir. Bir çox həkimlər mayasız çörəyə üstünlük verməyi tövsiyə edir./Saglamolun/
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı