Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

Cəlilabadda sosial yardım özbaşınalığı – Şikayət

Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində özbaşınalıq hökm sürür. Azər Mirzəxanlı və Ziya Muradzadə cütlüyü əhalini cana yığıb.

Rayonun Adnalı kənd sakini Natiq İbadovun vizual-a göndərdiyi şikayət məktubunda qurumda baş alıb gedən özbaşınalıqdan, rüşvətin əsas predmetə çevrilməsindən bəhs olunur:

"Bütün şüurlu ömrümü xalqıma, vətənimə, dövlətimizə həsr etmiş və faydalı əməklə məşğul olmuşam. Ailəliyəm, bir azyaşlı uşaq atasıyam.

Son illər bir çoxları kimi mən də işsizlik problemi ilə üzləşdiyimə görə fərdi təsərrüfatla məşğul olsam da, dövlətin qayğısına ehtiyac duymuşam. Lakin ölkə başçısının sərəncamları ilə mənsub olduğum qəbildən insanlara göstərilən dövlət qayğısından biz də məmurların qərəzli prinsiplərinə görə süni surətdə kənarda qalmışıq”.

Şikayətçi yazır: "2015-ci ilin martından yeni direktor təyin olunmuş Azər Mirzəxanlı və işçisi Ziya Muradzadə yazılmamış qanunları ilə mənə ünvanlı sosial yardım almağa imkan vermirlər. Ötən 9 ayda dəfələrlə cənab Azər Mirzəxanlının qəbulunda olaraq ailəmizə sosial yardım verilməsində müvafiq kömək etməsini xahiş etsəm də, köməklik görməmişəm.

Xatırladım ki, bu gün Cəlilabad rayonunda ünvanlı yardım alanların böyük əksəriyyətinin maddi imkanı ən yüksək səviyyədədir. Bəzi dəllallar vasitəsilə 500-1000 manat arasında rüşvət müqabilində sosial yardım almaq mümkündür.

Bu məsələlərə Ziya Muradzadə və atası Mirhəbib Muradov baxır. Bu neqativ halların icra məkanı isə Mirhəbib Muradova məxsus çayxanadır”.
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<