Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

İranın kosmosa göndərdiyi ikinci meymun sağ-salamat geri dönüb

İran Prezidenti Həsən Ruhani də iranlıları ölkədə ikinci canlının kosmosa göndərilməsi və prosesin uğurlu alınması münasibətilə təbrik edib

İran insanın kosmosa göndərilməsi mərhələsinə bir addım da yaxınlaşıb.

İnterAz-ın “FarsNews”a istinadla verdiyi xəbərə görə, bu gün səhər İranın kosmosa göndərdiyi “Farqam” adlı ikinci meymun astronavtı da yerə qayıdıb. Mənbə bildirib ki bu meymun İranın istehsal etdiyi daşıyıcı peyki ilə kosmosa göndərilmişdi.

İran Prezidenti Həsən Ruhani də iranlıları ölkədə ikinci canlının kosmosa göndərilməsi və prosesin uğurlu alınması münasibətilə təbrik edib.

Bildirək ki, İran canlı olan ilk bio kapsulu kosmosa 2010-cu ildə göndərib. 2011-ci ildə isə ikinci peyk "Rəsəd" (Müşahidəçi) yerin orbitinə uğurla çıxarılıb. Onun missiyası Yerin fotolarını əldə edərək, telemetrik informasiya ilə onları yerüstü stansiyaya çatdırmaq olub.
1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP