Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2015

İntihara cəhd edən icra nümayəndəsi dünyasını dəyişib

Dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba Rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi bu gün axşam saatlarında dünyasını dəyişib. 48 yaşlı Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın müalicə işləri üzrə baş həkiminin müavini Əlyar Sərvərov icra nümayəndəsinin tibb müəssisəsinə çox ağır və huşsuz vəziyyətdə gətirildiyini bildirib. Onun sözlərinə görə, Reanimasiya şöbəsində xəstəyə bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. F.Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakıdan çağırılmış toksikoloqun müşayiəti ilə paytaxtın 1 Saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə göndərilib.

Lakin paytaxt xəstəxanasında müalicə bir səmərə verməyib və icra nümayəndəsi bu gün 21:05-də dünyasını dəyişib. Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan və maye halında olan 1 şüşə bit dərmanı qəbul edib.

F. Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil./report/
1553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı