Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2015

Çexiya prezidenti: "Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"

“Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir”. Bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.

Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.

“Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var”, - deyə Çexiya prezident qeyd edib.
1509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber