Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2015

Xaçmazlı sahibkara 300 min manata başa gələn maraqlı tanıtım FOTO

Xaçmaz şəhərində fəaliyyət göstərən avtomobil təmiri sexlərindən biri müştərilərin diqqətini çəkmək üçün kreativ üsuldan istifadə edir.

Şəhərin Rəşid Behbudov küçəsində yerləşən təmir sexinin sahibi köhnə “Zaparojets” markalı avtomobili dayaqlar üzərinə qaldıraraq uzaqdan görünməsini təmin edib. Avtomobil ilk baxışdan istismar müddətini bitirmiş nəqliyyat vasitəsinə oxşasa da, tanıtım məqsədi üçün istifadə edilənədək işlək vəziyyətdə olub. Amma dayaqlar üzərinə qaldırılan zaman çəkisi yüngül olsun deyə “Zaparojets”in motoru və digər hissələri çıxarılıb. Maşın dəmir konstruksiyaya qaynaq vasitəsilə bərkidilib.

Sexin sahibi 2002-ci ildə həmin vaxtın pulu ilə 300 min manat ödəyərək “Zaparojets” alıb. Elə o vaxtdan da avtomobil təmir sexinin tanıtımı üçün istifadə olunur.

Avtoservisin sahibi köhnə “Zaparojets”in sayəsində bütün regionda tanındıqlarını və müştəri sarıdan korluq çəkmədiklərini bildirib. 

1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber