Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Cəmil Həsənlinin həmkəndliləri seçkidə aktivdir

Reportyorumuz Cəlilabadın Alar kəndindən xəbər verir
Prezidentliyə namizəd Cəmil Həsənlinin ata yurdunda – Cəlilabad rayonunun Alar kəndində seçici fəallığı müşahidə olunur, səsvermə prosesi rəvan və insidentsiz davam edir. Bu barədə musavat.com-a “Yeni Müsavat”ın Cəlilabada ezam olunmuş reportyoru Emil Salamoğlu xəbər verib.

Reportyorumuzun sözlərinə görə, rayonun ən böyük kəndlərindən biri olan Alardakı seçki məntəqələrində hələlik, pozuntu, əyinti qeydə alınmayıb, alarlılar dəstə-dəstə və böyük ruh yüksəkliyi ilə səsvermə məntəqələrinə gəlir, səbrlə növbələrini gözləyir, vətəndaşlıq borclarını yerinə yetirirlər.

Əsasən 3 saylı məntəqədə səsvermə prosesini müşahidə edən E.Salamoğlu seçki komissiyasının üzvləri ilə söhbət zamanı öyrənib ki, bu seçkidə Alarda görünməmiş seçici fəallığı müşahidə olunur və bu gedişlə axşama qədər səs vermək hüququ olan vətəndaşların 70 faizə qədərinin məntəqələrə gələcəyi gözlənilir. Bu isə Alar camaatının nümayəndələrinin dediyinə görə, indiyədək heç bir seçkidə real olaraq qeydə alınmayıb.
1886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03