Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2015

Qəndəhar aeroportuna hücum: ölənlərin sayı 60-a çatıb

Əfqanıstanın cənubundakı Qəndəhar aeroportuna Taliban hücumu nəticəsində 10 əsgər də daxil olmaqla ən azı 60 adam həlak olub, ölkənin Müdafiə Nazirliyi bildirir.
Müqaviməti davam etdirən sonuncu 11 basqınçının çərşənbə günü öldürüldüyü bildirilir. Məlumata əsasən əməliyyat vaxtı iki polis də həlak olub.
Hökumət qüvvələri əraziyə nəzarəti bərpa ediblər, rəsmilər bildirir.
Ölənlərdən 38 nəfər mülkidir. Bir sutkadan artıq müddət ərzində davam edən silahlı qarşıdurma vaxtı basqınçılar çox sayda girov götürüb.
Bu sentyabr ayında şimaldakı Kunduz şəhərinə hücumdan sonra Taliban tərəfindən həyata keçirilən ən irimiqyaslı həmlə olub.
Əfqanıstanın ən iri hava bazası olan Qəndəhar aeroportuna hücum İslamabadda keçən sülh konfransına təsadüf edib.
Onun gedişatında Əfqanıstan prezidenti Əşrəf Qani sülh tənzimləməsində Pakistanın vasitəçiliyini istəyib. (BBC)
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP