Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2015

Təbriz əhalisi Azərbaycan Respublikasının konsulluğu qarşısında etiraz aksiyası keçirib - Foto

İran azərilərinin Nardaran əhalisi ilə həmrəyliyi

Təbrizin yüzlərlə inqilabçı əhalisi Azərbaycan dövlətinin ruhani və islamçılarına qarşı davamlı təzyiqləri və zülmünü, xüsusilə də xüsusi polis alayı və təhlükəsizlik qüvvələrinin Nardaran qəsəbəsinin şiələrinə vəhşicəsinə hücum edərək neçə nəfəri şəhid və bir neçə nəfəri yaralamasına etiraz olaraq Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirdilər.

Aksiya iştirakçıları üzərinə "Şiələri öldürmək əvəzinə Qarabağı azad edin", "İnqilabçılar ya meydanda olacaq, ya da zindanda" və s. şüarlar yazılmış plakatlar götürərək günün ilk saatlarından Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önünə toplaşdılar və Azərbaycan dövlətindən ruhanilərə, siyasi məhbuslara azadlıq verməsini, islamçılara qarşı repressiya siyasətinə son qoymasını tələb etdilər.
İştirakçılar "Amerikaya ölüm", "İsrailə ölüm", "Ləbbeykə ya Hüseyn", "Azərbaycani canbaz Xameneyidən ayrılmaz", "Yel yatar tufan yatar, yatmaz Hüseynin pərçəmi", "Ayaq açıb yəhud Azərbaycanda, at oynadır vəhabi, şiəsi zindanda", "Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız", "Azərbaycan oyaqdı, Nardarana dayaqdı" şüarları verərək, Azərbaycan dövlətini İslam dəyərlərini məhv etdiyinə, ölkənin əhalisinin 85 faizdən çoxunu təşkil edən şiələrə qarşı repressiya yaratdığına görə tənqid etdilər.
Aksiyada iştirak edənlər tələb etdilər ki, Azərbaycan hökuməti islamofibiya və düşmənçilik hərəkətinə son qoysun, sionist rejiminin hiyləsi ilə həbs edilmiş günahsız məhbusları azad etsin, qondarama və nəhs sionist rejimlə əməkdaşlıq etmək əvəzinə Qarabağı azad etmək fikrində olsun.
Aksiya, zöhr və əsr namazlarından sonra əzəmətli əzadarlıq mərasiminin keçirilməsi və bəyanat verilməsi ilə sona yetdi.
Qeyd edək ki, İslami Şura Məclisinin nümayəndələrindən bir qrupu çərşənbə axşamı günü bəyanat verərək Azərbaycan dövlətinin Nardaran şiələrini qətlə yetirməsini məkhum etmiş və beynəlxalq insan hüquqları təşkilatlarından bu məsələyə diqqət yetirməsini istəmişdilər.
İranın azərilər yaşayan regionlarının əhalisinin İslami Şura Məclisində təmsilçiləri Birləşmiş Millətlər Təşkilatından istəyiblər ki, Nardarana faktaraşdırıcı missiya göndərsin və Bakı dövlətinin Nardaran şiələrinə qarşı vəhşicəsinə hərəkəti barədə raport hazırlasın.
Həmçinin, Azərbaycanın yüzdən çox şair və yazıçısı bəyanat verərək, pantürkçü seperatçıların məsum imamlara (ə) və həzrət Fatimeyi-Zəhranya (s) qarşı hörmətsizlik etmələrinə öz nifrət və qəzəblərini bildirmiş və dövlətdən istəmişlər ki, bu hörmətsizliyin amilləri, onların himayəçilərinə qarşı qanun çərçivəsində cinayət işi açılsın.
Azərbaycanın şair və yazıçıları Bakı dövlətinin Nardaran qəsəbəsinin şiələrinə qarşı qanlı və zokarı hücumu, imam Hüseynə (ə) əzadarlıq keçirilməsinin qarşısını almasını pisləmiş, İran İslam Respublikasından istəmişlər ki, dünyanın hər bir yerində şiələri ciddi dəstəkləsin.
Xatırladırıq ki, Azərbaycan hökumətinin 26 noyabrda Nardaran qəsəbəsində əzadarlıq məclisinə hücum etməsi nəticəsində Rəhimə Xatun ziyarətgahında beş nəfər namazqılan və ziyarətçi şəhid olmuş, ondan çox dindar isə yaralanmış və həbs edilmişdir./AranNews/

































2194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber