Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2015

Ərdəbil İslam Təbliğatı İdarəsinin Bəyanatı

Bəyanatda Nardaranda son hadisələr məhkum edilir

Ərdəbil İslam Təbliğatı İdarəsinin Nardaran hadisələrini məhkum edən bəyanatı
Ərdəbil Vilayəti İslam Təbliğat İdarəsi bir bəyanat yayaraq Bakının Nardaran qəsəbəsində baş verən hadisələri, dindarların şəhadətini və həbsə alınmasını məhkum etmişdir.
Qafqaz Mədəniyyət Mərkəzi xəbər verir ki, Ərdəbilin İslam Təbliğatı İdarəsi, Ruhanilər Cəmiyyəti, məcsidlərdə cəmiyyət imamları, Dini Heyətlər Şurası, Şairlər və Məddahlar Ocağı, Quran Müəssisələri İttifaqı, mədəniyyət mərkəzləri bəyanat yayaraq anti-islam şəbəkələrin alçaq və rüsvayçı addımlarına, Əhli-Beyt (ə) müqəddəsliklərinin aşağılanması və pantürkist separatçılığa, Həzrət Fatimeyi-Zəhraya (s.ə) hörmətsizliyə nifrətini bildirmiş, məsullardan bu addımın icraçı və himayədarlarının mühakiməsi və cəzalandırılmasını tələb etmişdir.
Bəyanatda deyilir: Son günlərdə Azərbaycan polisinin atdığı addımlar, Nardaran qəsəbəsinə vəhşicəsinə basqın, qadınlar və uşaqlar arasında dəhşət yaradılması, günahsız müsəlman azərilərin qətlə yetirilməsi, Fazil Mustafayev kimi bəzi muzdur və şəxsiyyətsiz nümayəndələrin holland Hert Vildersi geridə qoyan böhtan dolu bəyanatları İslamın, şiəliyin, məsum imamların və bütün mömin Azərbaycan xalqının təhqiridir. Bu addımlar dözülməzdir və bu işi görənlər xalq qarşısında mühakimə edilməlidir.
Azərbaycan xalqının dini etiqadlarının aşağılandığı, Fazil Mustafayev kimilərin, separatçılar və şovinistlər böhtan kampaniyası, insan haqlarından dəm vuranların bu cinyayətlərə göz yumduğu şəraitdəyik.
Ruhanilər Cəmiyyəti, məcsidlərdə cəmiyyət imamları, Dini Heyətlər Şurası, Şairlər və Məddahlar Ocağı, Quran Müəssisələri İttifaqı, mədəniyyət mərkəzləri azərbaycanlı deputatın axmaq və təhqiramiz sözlərini məhkum edərək, bütün beynəlxlaq təşkilatlardan, hüquq müdafiə təşkilatlarından xahiş edirlər ki, Azərbaycan hökumətinin himayəsi ilə İslam müqəddəsliklərinin, Əhli-Beytin (ə), müsəlmaların və şiələrin etiqadlarının təhqir olumasına ciddi münasibət bildirsinlər./qafqaz.ir/az/
1893 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber