Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

ABŞ-ın son sanksiyaları cavablandırılacaq

İran Parlamenti ABŞ-ın son sanksiyalarını cavablandırmaq istəyir
İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyaları ABŞ-ın son sanksiyalarını araşdırmaq və lazımi cavabın verilməsi üçün iclaslar keçirəcək

ABŞ-ın son sanksiyalarından sonra Cenevrə nüvə anlaşmasının pozulması təhlükəsi artıb.

İnterAz-ın İran mətbuatına istinadla vediyi xəbərə görə, İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyaları ABŞ-ın son sanksiyalarını araşdırmaq və lazımi cavabın verilməsi üçün iclaslar keçirəcək. İran Parlament nümayəndələri hökümətin müzakirəçilərini də bu həssas iclasa dəvət edib.

Dünən İran Xarici İşlər nazirliyi də Cenevrə nüvə anlaşmasından sonra ABŞ tərəfindən tətbiq edilən son sanksiyanı kəskin şəkildə tənqid edib. Hazırda İranda Həsən Ruhani hökümətinə müzakirələrin davam etdirilməməsi barədə də təzyiqlər var.

İranın tənqidinə Rusiya da qoşulub. ABŞ Dövlət katibi Con Kerri isə iki gün öncə Cenevrədə keçirilən texniki nüvə danışıqlarının iranlılar tərəfindən qəflətən dayandırılmasına münasibətini bildirib. O deyib ki, bu ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə deyil, iranlılar danışıqlarda verilən təkliflərlə bağlı məsləhətləşmələr aparmaq üçün Tehrana dönüb. C. Kerri İran-BAEA arasında aparılan texniki nüvə danışıqlarına tezliklə start veriləcəyini bəyan edib.

Bildirək ki, 3 gün öncə ABŞ xəzinədarlıq departamenti Tehranın nüvə proqramına görə bir neçə xarici və İran şirkətinə, o cümlədən bir neçə İran vətəndaşına sanksiya tətbiq edib.
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41