Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Tehran: Suriya müxalifətinin konfransında terrorçular iştirak edir

Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda keçirilən Suriya müxalifətinin konfransında İŞİD-lə əlaqəli bəzi terror qruplaşmasının nümayəndələri iştirak edirlər. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbərinin müavini Hüseyn Əmir Abdullahiyan bildirib.

Nazir müavini İranın bu konfransı dəstəkləmədiyini bildirərək, onun Suriya böhranı üzrə “Vyana-2” konfransının nəticələrinə zidd olduğunu qeyd edib.

“Özünü mötədil müxalifət hesab edən terrorçulara Suriyanın və regionun taleyini həll etməyə heç vaxt icazə verilməyəcək”, deyə XİN nümayəndəsi qeyd edib.

Əmir Abdullahiyan qeyd edib ki, ölkənin taleyini yalnız Suriya xalqı müəyyən etməlidir.
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12