Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Azərbaycan hökuməti saxta ittihamları ləğv etməlidir

ABŞ-ın ATƏT-dəki nümayəndəsi və ya Amerikada tanındığı kimi Helsinki Komissiyasının sədri, konqresmen Chris Smith beynəlxalq insan haqları günündə diqqəti ATƏT məkanındakı siyasi məhbuslar probleminə çəkib.

Chris Smith bildirib ki, Azərbaycan hökuməti son illərdə insan haqları fəalları və jurnalsitlər də daxil, çox sayda insanı məhbus edib.
Cənab Smith bəyanatda insan haqları müdafiəçiləri Leyla və Arif Yunusun həbsxanadan buraxılmasını salamlasa da, onların üzərindəki ittihamların tamamilə ləğv edilməsinə çağırıb.

Konrqresmen bəyan edir ki, “saxta ittihamlar” Xədicə İsmayılova, İntiqam Əliyev və başqa siyasi məhbbusların da üzərindən qaldırılmalıdır.

ABŞ Helsinki Komissiyasının sədri diqqəti habelə Türkmənistan, Özbəkistan, Tacikistan və Çindəki siyasi məhbuslarla bağlı problemə yönəldib./azadliq.org/
1737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25