Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Hakimiyyətin şərləməssenarisi özünüifşayla yekunlaşır

Kim daha çox itirdi: Yunuslar, yoxsa rejim?

Həqiqətən də hakimiyyətin addımları absurddan, dövlətin imicini korlamaqdan başqa heç nəyə xidmət etmir. Əvvəlcə adamları müxtəlif ittihamlarla həbs edirlər, sonra heç nə olmamış kimi azadlığa buraxırlar. Yəni, hakimiyyətin şərləməssenarisi özünüifşayla yekunlaşır.

Bugünə qədər Arif Yunus və Leyla Yunus haqqında hökumət mətbuatının yazdıqlarını bir yerə yığsaq 3-4 cildlik kitab əmələ gələr. Bu adamlara “vətən xaini”, “ermənipərəst” dedilər, vergidən yayınmaqda, dövlət əleyhinə iş aparmaqda ittiham etdilər. Arif Yunusa 7 il, Leyla Yunusa 8 il həbs cəzası verdilər. Amma bu gün onların hər ikisi azadlıqdadır. Onlar 1 il 4 ay həbs cəzası çəkdi və hökumətin qazancı yalnız bu adamların səhhətində problem yaratmaq oldu.

Yəni, Leyla Yunus haqqında səslənən ittihamalra yalnız hökumətin özü inandı. Nə cəmiyyət, nə də ki, beynəlxalq aləm bu ittihmaları qəbul etmədi. Əksinə, beynəlxalq təşkilatlar, nüfuzlu mətbuat nümunələri, ABŞ konqresmenləri, Almaniya, Fransa kimi ölkələr bu həbsə etriaz etdilər və hakimiyyətdən bu insanların azadlığını tələb etdilər. Üstəlik, Leyla Yunus beynəlxalq mükafatlara layiq görüldü, “vicdan məhbusu” kimi tanındı. Yəni, hökumətin bütün məkrli planları faş oldu. Və növbəti dəfə hakimiyyət dövlətin imicinə ləkə vurdu, Azərbaycanın adını qara siyahılara saldı. Deməli, bu adamların həbsi hökumətə qarşı beynəlxalq təzyiqi artırdı, bu şəxslərin nüfuzunu yüksəltdi. Və bu şəxsləri azad etməklə hökumət həm də etiraf etdi ki, bütün ittihamlar qondarma olub.

Eyni fikirləri Xədicə Ismayıl, Seymur Həzi, Intiqam Əliyev və digər siyasi məhbuslar haqqında da söyləmək olar. Hökumət bu admaların cinayətkar olduğunu nə beynəlxalq aləmə, nə də ölkə ictimaiyyətinə inandıra bilmir. Eyni zamanda bu insanların haqsız həbs olunmasına görə Avropa Məhkəməsinin qərarı olur və dövlət yüksək məbləğdə təzminatlar ödəyir.

Hakimiyyət dövlətin maraqlarını şəxsi hikkəyə, qisasçılıq hissinə qurban verir. Demək istəyirik ki, hakimiyyət bu həbslərin heç bir nəticə vermədiyini başa düşməlidir. Ən çox qaralama kampaniyası Leyla Yunusla bağlı aparılmışdı, amma nəticə göz önündədir. Guya, Fuad Qəhrəmanlını həbs etmək nəyi dəyişəcək? Bütün dünya onu da “vicdan məhbusu” kimi tanıyacaq və hakimiyyət beynəlxalq tribunlardan tərbiyəsiz uşaq kimi danlanacaq.

Əslində, Leyla Yunusun azadlığa buraxılması, hakimiyyətin humanistliyinin yox, ədalətsizliyin acizanə etirafıdır.

Bir daha təkrar edirik ki, bu həbslər yalnız dövlətin imicinə zərbə vurmaq, Azərbaycanı orta əsrlər ölkəsi kimi tanıtmağa xidmət edir. Həbs olunan hər bir insan isə gələcəyinə investisiya yatırır, dünya miqyasında nüfuzlu insana çevrilir vəhökuməti ifşa edir./azadlıq/
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi