Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

“Ya haqqımızı müdafiə edin, ya da bizi güllələyin”

Bakı sakini hüquq mühafizə orqanlarının dələduzu himayə etdiyini deyir

Bakı şəhəri Qara Qarayev prospekti ev 73, mənzil 12 ünvanında qeydiyyatda olan Məlahət Məhəmməd qızı Quliyeva redaksiyamıza məktub yollayıb. Şikayətçinin bildirdiyinə görə, o, dəfələrlə aidiyyəti dövlət orqanlarına və vəzifəli şəxslərəmüraciət edib, lakin bu günə kimi səsinə səs verən olmayıb.

Məlahət Quliyeva dövlət orqanlarına üz tutaraq yazır: “Mən dələduzluq əməllərinin qurbanı olduğum halda, nəyə görə hüquq mühafizə orqanları bunu görərək dövlət qurumlarına, özünün deməsinə görə, açıq-aşkar şəkildə rüşvət verdiyini bildirən və əməllərindən heç də utanmayan Ramin Namazovun tərəfini tutub sonuncunu cinayət məsuliyyətinə cəlb etmirlər?

Onun əlində mənim 106.000 manat pulum var və o, bu puldan istifadə edərək cinayət məsuliyyətindən qaçır. Hüquq mühafizə orqanları hara baxır, qanuna, yoxsa Ramin Namazovun əlinə?

Belə təəssürat yaranır ki, dövlət bir dələduzla bacara bilmir və ya bacarmaq istəmir! Bəlkə cinayətkar öz təqsirsizlik prezumpsiyasını satın alıb?

Başıma gətirilən dələduzluq əməlləri və işin gedişi haqqında qısaca məlumat verim. Namazov Ramin Xəyyam oğlu etibarımdan sui-istifadə edib evimin pulunu dələduzluq yolu ilə talayıb, məni və iki qızımı çöldə qoyub.

Onun mənə qarşı dələduzluq etməsinə, məni aldadaraq külli miqdarda pulumu mənimsəməsinə dair ərizə ilə bir sıra orqanlara müraciət etsəm də, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları mənəməlum olmayan səbəblərdən məni başlarından etdilər (heç bir qərar belə qəbul etmədən, demək olar, ərizəmi cırıb tulladılar). Mən cinayət işinin başlanılmasının rədd edilməsi ilə bağlı onların qərarından Binəqədi Rayon Məhkəməsinəmüraciət etdim. Məhkəmə 15 sentyabr 2015-ci il tarixli qərarı ilə Korrupsiyaya qarşı Mübarizə Idirəsinin cinayət işinin rədd olunması barədə 23.04.2015-ci il tarixli ədalətsiz qərarını ləğv etdi. Lakin bu qurumun əməkdaşları məhkəmə qərarı olmasına baxmayaraq Ramin Namazovu məsuliyyətə cəlb etmədi. Onlar Binəqədi Rayon Məhkəməsinin qərarını tapdalayaraq heç bir qanuni əsas olmadan Namazov Ramin Xəyyam oğlunun haqqında cinayət işi başlanılmasından təkrar imtina etdi.

Bakı şəhər Baş Polis Idarəsinə təkrar şikayət ərizələri göndərdikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində yeni araşdırma başlanılıb və hazırda davam edir. Ancaq pullarımı mənimsəyən Ramin Namazovun rüşvət verib özünü cinayət məsuliyyətindən kənar qoymasına dair ciddi şübhələrim var. Həmin şəxs özünü mənə polis əməkdaşı kimi təqdim etmişdi, bu barədə uniformada şəkillər, səs yazıları da var, bütün bunların hamısını şikayət etdiyim qurumlara təqdim etmişəm. Ramin Namazov Yasamal rayon prokurorunun müavini Rasim Musayevlə yaxın olduğunu, onun əlinin hər yerə çatdığını bildirirdi.

Xahiş edirəm, mənim etibarımdan sui-istifadə edərək əmlakımı mənimsəyən, əməllərindən utanmayan Ramin Namazovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verin. Əks təqdirdə silahlı qüvvələrdən bir neçə əməkdaş gəlib məni və qızlarımı güllələyib getsinlər, çünki belə yaşamaqdansa, evsiz qalıb çöllərdə qalmaqdansa, cinayətkarın azadlıqda gəzib sevinməyini görməkdənsə, ölməyimiz yaxşıdır”.

Müraciətin sonunda hər şeydən bezən şikayətçi intihar edəcəyi ilə bağlı xəbərdarlıq edir: “Bu da olmazsa, mən və iki qızım Azadlıq meydanına gəlib üzərimizə benzin töküb özümüzü yandıracıq./azadlıq/
1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP