Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Əsas odur ki, haqqın tələb edən adamları “söndürməyi” bacarırlar

“Günəşli” faciəsinin üzə çıxardığı həqiqətlər

Nə yüksək ixtisaslı kadr, nə də təhlükəsizlik xidməti var imiş

“Günəşli” yatağındakı yanğını söndürmək hələ də mümkün olmayıb. Bu faciə baş verən gündən müxtəlif müzakirələrin şahidi oluruq, ekspert rəylərini eşidirik, təhlükəsizlik qaydalarına əməl edilmədiyi bildirilir və.s.

Amma fakt budur ki, artıq bir həftədir yanğın davam edir. Və bildirilir ki, yanğının söndürülməsi üçün xaricdən müətəxəssislər dəvət olunub. ABŞ-dan dəvət olunmuş iki mütəxəssis isə quyudakı axıntı və sızıntıların qarşısını almaq və hazırkı vəziyyəti təhlil etmək üçün dəvət olunub.

Əvvəla, baş verən yanğın bir daha təsdiqlədi ki, bu ölkədə insan həyatının da, dövlət maraqlarının da önəmi yoxdur. Belə ki, 20 ildən artıq müddət ərzində neftdən 100 milyardlarla vəsait gəlməsinə baxmayaraq, sovet dövründən qalmış platformalar yenilənməyib. Hətta ölkə iqtisadiyyatının yükünü çəkən sahəyə də zəruri investisiya yatırılmayıb. Deməli, bu baxımdan da dövlət maraqları güdülməyib. Eyni zamanda hava proqnozunun öncədən məlum olmasına baxmayaraq, işçilər təxliyə edilməyib. Bu isə insan həyatının nə qədər dəyərsiz olduğunu üzə çıxarır.

Digər tərəfdən məlum olur ki, bu illər ərzində təhlükəsizlik üçün heç bir iş görülməyib. Uğurlu neft strategiyası uğursuzluqdan ibarət olub. Hökumət bir yanğının qarşısında aciz qalıb. Sonda yenə də bəyənmədikləri Avropadan, ABŞ-dan mütəxəssis dəvət ediblər. Niyə bu 100 milyardların cüzi bir hissəsi kadr hazırlığına sərf edilməyib? Hanı Ali Neft Məktəbinin ortaya qoyduğu nəticələr?

Bu yanğın nəticəsində ölkənin milyonları külə dönür, bunlar isə bəyənat verirlər ki, yanğını söndürməklə bağlı plan hazırlanır. Bir həftə vaxt ötüb və hökumət indi plan hazırlayır. Hanı Neft Şirkətinin təhlükəsizlik idarəsinin fəaliyyəti?

Hakimiyyət bugünə qədər elə düşünüb ki, Neft Şirkətinin təhlükəsizlik idarəsinin işçiləri Sulutəpədə evləri sökmək, mitinqdə müxalifətçiləri döymək üçündür. Bəli, bu yarıtmaz idarəçilər yalnız yandırmağı bacarırlar, söndürmək bunlarlıq deyil.

Bir daha qeyd edirik ki, Dövlət Neft Şirkətinin bazasında Bakı Ali Neft Məktəbi yaradılıb. Məqsəd neft sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaqdır. Amma bu gün açıq şəkildə görünür ki, təhsil siyasəti də iflasa uğrayıb. Bir platformadakı problemi həll etmək üçün Neft Akademiyasının, Ali Neft Məktəbinin, Neft şirkətinin təhlükəsizlik xidmətinin ortaya qoya biləcəyi nümunə yoxdur.

Yalnız uzun illər ərzində qara fəhlənin həyatı hesabına neft çıxarılıb və bir qrup adam milyarderə çevrilib. Bu gəlirlərdən təhlükəsizliyə, təhsilə, kadr yetişdirilməsinə vəsait ayrılmayıb. Yəni, siyasi iradə olmayıb, qara gün üçün tədbir görülməyib.

Ona görə də baş verən faciənin birbaşa günahkarı hakimiyyətdir. Bəli. Heç bir təhlükəsizlikdən, ixtissaslı kadrdan söhbət gedə bilməz. Görünür, milyonlarla vəsaitin külə dönməsi hökumət üçün o qədər də böyük itki sayılmır. Xaricdən mütəxəssislər gəlib söndürəcək, bizimkilər isə vaxt tapanda plan hazırlayacaqlar.

Əsas odur ki, haqqın tələb edən adamları “söndürməyi” bacarırlar. Əsas odur ki, neft şirkətinin təhlükəsizlik idarəsi mitinqdə adam döyməyi uğurla həyata keçirir./Samir/
1984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:48