Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Cümən mübarək... - Öləsidi iman əhlin öldürməyə tələsənlər - Şeir

Od içində yanan dünya,
cümən mübarək olsun.
Gözlə davaların sonun,
soyuq havaların sonun,
hər nəyi gözləsən də,
xilaskarı gözləmə,
bir dəfə yandım demə.
Evlənib qız alan oğlan,
oğlanı ər seçən qız,
hal qalmayıb vətəndə,
düşüncənlə bir dəyişib
Allah verən bədən də.
Daha fərqi yox doğulan
uşaq oğlan ya qızdı,
İstəməsən, bir saata
dəyişirlər cinsini,
yurdda kişi də qalmayıb,
qumarbazlar uduzub
nazirlərin, məmurların kişilik həvəsini.
Evlənib qız alan oğlan,
ərə ərə gedən qız,
dünya cümə dəyişəsi,
cümən mübarək olsun.
Əli qabar, dizi qabar fəhlə baba,
inşallah çıxarsan yaya,
cümən mübarək olsun.
Baxıram belində yükə
yüz ildi çıxırsan dikə,
yük özgənin, fərqi də yox
daşdı, yoxsa qızıldı.
Zülmə daş atanı söy ki,
daş yükünü azaldır.
Torpaq altda peşman Baba,
salavat yox, din qadağa!
Desəm evdən bomba çıxar,
bir sükutla sallam yada,
dəqiqəni böl yarı,
ağrıyır ayaqlarım,
cümən məbarək olsun.
Azadlıqda, zindanlarda
günləri sayan qardaş!
Dünya necə fırlanırsa
fırlannıq yavaş-yavaş,
Nə fərqi var verilən yer
təkadamlıq ya zondu,
yol qısa ya uzundu?!
Yüz il ötər beş saata,
demə cümə nə tez çatır,
de ki, mübarək olsun.
Bircə təsəlli var dərdə
öləsidi salamat da,
Öləsidi iman əhlin öldürməyə tələsənlər,
bircə şeyi saxla yadda:
görüşünə tələsən var -
cümən mübarək olsun!

A.Eyvazov
2172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber