Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Məcburi köçkün özünü avtomatla vurdu

Ağdamda məskunlaşan məcburi köçkün intihara cəhd edib. Hadisə rayonun Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Əslən rayonun işğal altındakı Şotlanlı kəndindən olan Emin Aslanov məskunlaşdığı evdə ailəsi ilə münaqişə edib. Münaqişədən sonra yataq otağında odlu silahla özünə atəş açıb. Sinə nahiyəsindən yaralanan 30 yaşlı Emin Aslanov hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyəti ağır olduğundan yaralı yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Yaralı artıq əməliyyat olunub. Vəziyyəti ağırdır. İntiharda istifadə olunan silahın isə avtomat olduğu bildirilir./ans/
1578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı