Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

İŞİD barəsində yeni şok etiraflar!

Vaxtilə Səddamın hakimiyyəti zamanı cinayətkar “Bəəs” komitəsinin üzvü olub, sonradan İŞİD-ə qoşularaq Əbu Bəkr əl-Bağdadinin müavini vəzifəsini daşıyan terrorist ünsür bu yaxınlarda İraqın təhlükəsizlik qüvvələrinin əlinə keçib. O, öz etiraflarında İŞİD-in strukturu və hərbi-maliyyə təmini haqda maraqlı faktlara toxunub. Onun bildirdiyinə görə, İŞİD-in maliyyə təminatı təkcə Türkiyə vasitəsilə satdığı neft qazancı ilə bitmir və onları himayə edən Ərəbistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və sairləri tərəfindən də, təmin olunur. Verilən etiraflarda fars körfəzi ölkələrinə mənsub şeyxlərin göndərdiyi pul vəsaitlərinin miqdarı aşağıdakılardan ibarətdir:

Qətər: 120 milyon dollar.
Ali-Səud: 50 milyon dollar.
BƏƏ şeyxləri: 35 milyon dollar.
Bəhreyn: 12 milyon dollar.
Küveyt: 1 milyon 850 min dollar.

Qeyd edilən vəsaitlər həmin ölkələrin ticarət kompaniyaları vasitəsilə terrorist qrupların əlinə çatdırılır və bura bir sıra Qərb ölkələri, o cümlədən, sionist rejimi də, daxildir.
Onun dediyinə görə, hazırda İŞİD-in 52 minə yaxın üzvü vardır və onların hüquqları ərazilər üzrə təyin edilən valilərin vasitəsilə ödənilir və həmçinin Türkiyədəki brokerlərin əli ilə silah-sursat, hərbi texnika və təchizat, yaralıların müalicəsi, dərman məmulatları və s. ehtiyaclar əldə edilir.
Hərbi təlim məşqləri əsasən Türkiyədən gələn komandir və müşavirlərin vasitəsilə həyata keçir və demək olar, xaricdən gələn terroristlərin 90%-i elə onların vasitəsilə bura ezam edilir. Aramızda xarici ölkələrdən gələn raket sistemlərinə qədər müxtəlif yüngül və ağır silah mexanizmləri ilə tanış olan peşəkar hərbiçilər vardır və hətta kimyəvi-bioloji silahlara bələd sionist rejiminə mənsub ixtisaslı şəxslər də, fəaliyyət göstərir.
Əl-Bağdadinin cari ildə qüvvə toplamaq məqsədi ilə Afrikaya, xüsusi olaraq, Somaliyə də, gizli səfəri olub və İŞİD-ə çoxlu sayda üzv yığa bilib…


Nuraz.in/ tasnim
1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25