Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

“Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı danışıqlar davam edir”

İran səfiri: “Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı danışıqlar davam edir”

“Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı danışıqlar davam edir”. Bu barədə apa-ya İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. O bildirib ki, “Azərbaycan Hava Yolları” və “İran Air” şirkətləri arasında birbaşa uçuşların yerinə yetirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Səfir əlavə edib ki, əsas məsələ uçuşların iqtisadi cəhətdən sərfəli olmasıdır: “Əgər şirkətlər razılığa gəlsələr, birbaşa uçuşlar baş tutacaq”.

Diplomatın sözlərinə görə, çoxlu sayda Azərbaycan vətəndaşı Məşhədə gedərək İmam Rzanın məqbərəsini ziyarət etmək istəyir: “Qış aylarında hava soyuq olur və iki şəhər arasında məsafə böyükdür. Ona görə də bir çox Azərbaycan vətəndaşı iki şəhər arasında uçuşların açılması üçün müraciət edib”.
1781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP