Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

Rəştin imam cüməsi: Əliyev, Abbasi xəlifələrinin təcrübəsini təkrar etməsin

Rəştin imam cüməsi son həftə müddətində regionda baş verən hadisələrdən söz açarkən, Nardaran şiələrinə qarşı çıxan Azərbaycan Prezidentinə tövsiyə edib. Həmşinin qərbin Türkiyə üçün siyasi tələ qurması barədə xəbərdarlıq edib.
Rəşt şəhərində təşkil olunan cümə namazına rəhbərlik edən höccətül-islam vəl-müslimin Qulamrza Şəfizadə cümə namazının xütbələrində Azərbaycanda baş verən Nardaran hadisələrinə və hökumətin bu qəsəbədə imam Hüseynə (ə) matəm saxlayan şiələrə qarşı çıxması mövzusuna toxunaraq deyib: "Azərbaycan ölkəsi də İran kimi əhalisinin çoxu şiə olan bir ölkədir. İlham Əliyev şiə ölkəsinin prezidenti olması məsələsinə diqqət etməlidir".
İmam cümə artırıb: "Nardaranda baş verən hadisələr bəyənilən bir iş deyil və bu ölkənin prezidenti imam Hüseyn (ə) aşiqi olan şiələrlə mübarizə aparan Əməvilər və Abbasilər kimi hökumətlərin aqibətindən ibrət almalı və onlaırın yerişini yeriməməlidir"./AranNews/
1856 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı