Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

ABŞ-da benzin 43 sentə, Azərbaycanda isə 1.03 qəpiyə

Ötən ilin ortalarından başlayaraq dünyada neftin qiyməti sürətlə düşür. Azad bazar münasibətlərinin olduğu bütün ölkələrdə neftin qiymətinin düşməsi benzinin də qiymətinin enməsiylə nəticələnir. Bu sadəcə olaraq gerçək bazar münasibətlərinə uyğun bir sxemdir. Neftin qiyməti 100 dollardan baha olduğu vaxtda ABŞ-da benzinin litri təxminən 1 dollar 5 sent idi. Benzinin əldə edildiyi neftin qiyməti düşdüyündən ABŞ-da artıq benzinin 1 litri 43 sentə satılır.

Azərbaycanda iqtisadiyyat üzərində inzibati amillərin həlledici olması özünü bu sahədə də göstərir. Azərbaycanda bir neçə marka üzrə benzin satılır. Onların qiyməti 70-80 və 1 manat 3 qəpik arasında dəyişir.

Azərbaycanda Konstitusiyada olduğu kimi bazar iqtisadiyyatı mövcud olsaydı ölkə vətəndaşları da neftin qiymətinin düşməsinə uyğun olaraq, benzinin qiymətinin də enməsi nəticəsində kifayət qədər böyük vəsaitə qənaət edə bilərdilər.

Bir amili də nəzərə almamaq olmaz. ABŞ-da adambaşına düşən ÜDM-in məbləği 54000 dollar təşkil edir. Azərbaycanda isə bu məbləğ 9000 dollar təşkil edir./azadliq/
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<