Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

MAQATE: "İranla çox faydalı müzakirəmiz oldu"

İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ekspertlər səviyyəsində keçirdikləri iclasdan sonra bəyanat yayıblar. Bəyanat Vyanada baş tutan müzakirələrdən dərhal sonra verilib, - FHA.
BAEA baş katibinin müavini Tero Varjoranta tərəfindən oxunan bəyanatda bildirilir: "Bu gün çox faydalı bir görüşümüz oldu. Əvvəlcə bizim İranla noyabrın 11-də imzaladığımız birgə əməkdaşlıq sazişinin bir hissəsi olan 6 maddənin icra olunma formasını araşdırdıq. Bu araşdırma bizim 8 dekabrda ağır su istehsalı stansiyalarına etdiyimiz texniki səfərin nəticəsini də əhatə edirdi".
İranla BAEA-nın birgə məlumatında həmçinin qeyd edilir: "Biz eyni zamanda atılacaq 2-ci mərhələnin addımlarını da müzakirə etdik. Məqsədimiz 21 yanvarda təşkil ediləcək növbəti müzakirələrdə atılacaq yeni addımların nələr ola biləcəyi mövzusunda razılaşmaqdır"./deyerler/
1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38