Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

Azərbaycanı böyük iqtisadi fəlakət gözləyir - neft 38 dollara endi

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,14 dollar azalaraq 35,62 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,80 dollar azalaraq 37,93 dollar olub.

2008-ci ilin dekabrından etibarən ilk dəfədir ki, Brent neftinin qiyməti 38 dollardan aşağı düşüb.

2015-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 90 dollardan hesablanmışdı. Gələn ilin büdcəsində isə bu məbləğ 50 dollara endirilib. Bu deməkdir ki, neftin qiyməti enməkdə davam edəcəksə, Azərbaycanı böyük fəlakət gözləyir.

Qeyd edək ki, Azərbaycan büdcəsinin gəlirlərinin 70, ixracın 93 faizi neftin payına düşür. Neft endikcə dövlətin investisiya layihələri dayandırılır, iş yerləri qapadılır. Eyni zamanda qeyri neft sektoru da neft pullartı hesabına dirçəlmişdi. Beləliklə, neftin qiymətinin kəskin azalması Azərbaycan iqtisadiyyatına sarsıdıcı təsirlər göstərəcək.
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP