Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

“Akif Çovdarov deyirdi ki, Eldar Mahmudov baş nazir olacaq”

“Akif Çovdarov bir neçə yerdə açıq şəkildə demişdi ki, Eldar Mahmudov Azərbaycanın gələcək baş naziridir”. Bu sözləri “Yeni Müsavat” qəzetinə müsahibəsində keçmiş MTN zabiti, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, aydındır ki, baş nazir prezidenti əvəzləyəcək şəxsdir, yəni siyasi postdur. Bu baxımdan MTN rəhbərliyi bir sıra xarici dövlətin rəhbərlərinə, onların ailələrinə qarmaq atırdısa, əlaqələr qurmaq istəyirdisə, bu, artıq siyasi iddialardan xəbər verirdi.

“Əgər Prezident Administrasiyasının əməkdaşlarının az qala hamısı nəzarətə götürülürsə, bu, artıq siyasi ambisiyalardan xəbər verir. Hakimiyyətə loyal olmayan siyasi qüvvələr, vətəndaş cəmiyyəti institutları sıradan çıxarılırsa, bu, artıq siyasi iddiadan xəbər verir. Hələ həbslər başlayanda mən qısa bir qeyd yazmışdım ki, maliyyə, kəşfiyyat komponenti var, qaldı siyasi və güc komponenti" - ekspert deyib.
1996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP