Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2015

Almaniyada neonasistlərlə toqquşmalarda 70 polis yaralandı

Almaniyanın Leypsiq şəhərində neonasistlərin və onların əleyhdarlarının törətdiyi iğtişaşlar nəticəsində 69 polis əməkdaşı xəsarət alıb, onlardan azı iki nəfərin vəziyyəti ağırdır. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, ultra sağçı radikalların (neonasistlərin) aksiyasında 130 nəfər iştirak edib, onların əleyhdarlarının aksiyaları isə iki min nəfəri cəlb edib. Aqressiv davranan etirazçılar polisə daş, şüşə qablar və pirotexniki vasitələr atıb. Asayiş keşikçiləri isə, cavabında, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Leypsiq şəhərinin ober-burqomistri Burkhard Yunq hadisələri şok adlandırıb: “Bu əsil küçə terrorudur”./apa/
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber