Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Xərçəngin 10 əlaməti

Vaxtında qoyulan diaqnozla xərçəng xəstəliyinə tutulmuş insanların həyatını xilas etmək mümkündür. Lakin aparılan araşdırmalar insanların böyük əksəriyyətinin bu öldürücü xəstəliyin erkən xəbərdarlıqlarından xəbərsiz olduğunu üzə çıxarıb. Bu xəbərdarlıqlara diqqət etməmək sonradan bu xəstələrin həyatları bahasına başa gələ bilir.

Xərçəngin ilkin 10 əlaməti bunlardır:

1 - Açıqlana bilməyən səbəbdən arıqlama. Bir çox insan xüsusi pəhriz saxlamadan arıqladığı üçün özünü xoşbəxt hiss edir, ancaq açıqlana bilməyən çəki itkisini (təxminən 5 kilo) və ya ani iştahsızlıq xərçəngin ən məşhur əlamətlərinin başında gəlir. Bu əlamət xüsusilə pankreas, mədə, qırtlaq və ya ağciyər xərçəngində müşahidə olunur.

2 - İnadkar aşağı temperatur. Bu xüsusilə leykoz, hodqkin lenfoma və hodqkin olmayan lenfoma xərçənglərinin ilk əlamətlərindəndir. Aşağı temperatur 37.6 dərəcə ilə 38.2 dərəcələri arasını ifadə edir. İnadkar aşağı temperatur həmçinin müxtəlif cür infeksiyalardan da qaynaqlana bilər.

3 - Artan yorğunluq. Daha əvvəl heç ehtiyac hiss etməzkən, gündə 3-4 saatdan çox dayana bilmirsinizsə, bu əhəmiyyətli bir xərçəng əlaməti ola bilər. Xüsusilə qan təzyiqinin düşməsinə gətirib çıxaran bütün xərçəng növləri və leykozun əlamətidir. Yorğunluq həmçinin qansızlıq, yuxu nizamsızlığı, ürək problemləri və şəkər, fibromyalji və iltihablı oynaq xəstəliklərindən də qaynaqlana bilər.

4 - Dəridə yaxşılaşmayan yaralar və ya dəridə dəyişiklik. Dəridə yaranan asimmetrik ləkələr, ləkələrin qeyri-adi rənglərdə meydana gəlməsi və ya ləkələrin orta hesabla bir silgidən daha böyük bir sahəni əhatə etməsi dəri xərçənginin ən öldürücü forması olan melanomanın əlamətidir.

5 - Udqunma problemi və xroniki səs batmalar. Bunlar dodaqlarda yaxşılaşmayan yaralar, qeyri-adi qanamalar, ağızda ağrı və keyləşmə, xroniki qırtlaq iltihabı ağız xərçənginin əlamətləri ola bilər.

6 - Ağzın içində yaranan pambıqabənzəri yaralar. Belə yaralara tibbdə lokoplazi adlandırırlar. Bu ağ ləkələr yanağın iç tərəfində, dilin alt və ya yan qisimlərində meydana gələr. Bu ləkələr tətbiq olunan üsullarla da ağızdan getməz.

7 - Sidikdə qan görünməsi. Bu əlamətin ümumiyyətlə xəstələr tərəfindən ciddi qəbul edilmədiyini bildirən həkimlər əvvəllər heç müşahidə edilməmiş olsa da, bunun xəstə tərəfindən sidik yolu infeksiyasıyla əlaqədar bir problem düşünüldüyünü ifadə edilir. Bu ehtimalla birlikdə qanama mesane xərçənginin də əlaməti ola bilər və bir uroloq tərəfindən müayinə edilməlidir. Mesane xərçənginin çox vaxt artıq müalicə edilə bilməyəcək mərhələyə gələnə qədər fərqinə varılmaz. Bunun səbəbi də xəstələrin həkimə getmək üçün çox gözləmələridir. Bənzər şəkildə nəcisdə qan görülməsi də kolon xərçənginin mühüm əlamətlərindən biridir. Ancaq nəcisdə qan görülməsinin müxtəlif səbəbləri də vardır.

8 - Açıqlana bilməyən ağrı. Bu testis xərçəngi və ya sümük xərçənginin erkən simptomlarından biri ola bilər. Müalicəyə baxmayaraq yaxşılaşmayan baş ağrısı beyin şişinin xəbərçisi ola bilər. Kürək ağrısı, kolon və ya yumurtalıq xərçəngini işarəsi ola bilər. Həkimlər səbəbi bilinməyən ağrıların ən məşhur xərçəng əlamətlərindən biri olduğunu ifadə edərək, bu vəziyyətdə xəstəxanaya müraciət edilməli olduğunu bildirir.

9 - Bədəndə qabarıqlıqların meydana gəlməsi və ya dərinin sərtləşməsi. Sinə və testis daxil olmaqla xeyli sayda müxtəlif xərçəng növlərinin əlamətidir. Bunlar xərçəngin erkən əlaməti olduğu kimi xərçəngin son mərhələsinə də işarə ola bilər.

10 - Davamlı olan, səbəbi açıqlana bilməyən və ya sıxıntı verən əlamətlər. Həkimlər "Bədəninizdə qaydasında olmayan bir şey varsa və uzun müddət davam edirsə, bunun normal bir hal olmadığını bilin. Bədəninizin səsini dinləyin. Erkən diaqnoz sayəsində həyatınız xilas ola bilər" tövsiyəsini edir. 
Əbazər Əhmədli/deyerler
4276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11