Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2015

Azərbaycan respublikası təhlükəsizlik qüvvələrinin Nardalan əzadarlarına hücumu əlbəttə məhkumdur

İranın Aslandüz sərhədyanı şəhərinin imamcüməsi: Azərbaycan respublikası təhlükəsizlik qüvvələrinin Nardalan əzadarlarına hücumu əlbəttə məhkumdur.

Höccətülislam vəlmüslimin Əzim Əsədzadə Aslandüzün bu həftəki cümə namazı xütbələrində Nardalanda Azərbaycan dövlətinin islami qruplarla kobud davranmasına işarə edərək demişdir: müsəlman Azərbaycan respublikasının 85 faizi şiədir. Onlar dindar və əhlibeyt aşiqidirlər. O, Azərbaycan respublikası təhlükəsizlik qüvvələrinin əzadarlara hücum edib bir tedadını öldürməsini məhkum edib artırmşdır: hakimiyyət xalqa məntiqi yanaşa bilmir. Imam Hüseyn bayrağını yandırır və əzadarları təhqir edir. Sözsüz ki, bu prosesin davam etməsi Azərbaycan respublikası dövlətinin zərərinədir. Aslandüz imamcüməsi problemin diplomatık yolla izlənilməsini və Azərbaycan səfirinin çağırılmasını istəmiş və demişdir: Hörmətli dövlətimiz tədbir görməlidir ki, Azərbaycan respublikası dövlətinin şiələrə və xüsusilə Nardalan şiələrinə təhqirinin qatrısı alınsın, müsəlmanlar bundan artıq əzab-əziyyətə məruz qalmasınlar./qafqaz.ir/az/
1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber