Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2015

Muğanda “Azərbaycan dövlətinin məhkum edilməsi” ictimai kompaniya yaradıldı/foto

Muğan sərhəd bölgəsininin dindar əhalisihəzrət Muhəmməd Mustafanın (s) vəfatı və imam Həsən Müctəbanın (ə) şəhadət günləri münasibətilə keçirilən matəm mərasimi ilə yanaşı kompaniya yaradaraq Azərbaycan hökumətinin Nardaran qəsəbəsində insanlığa sığmayan və ləyaqətsiz hərəkət ilə şiələrə qarşı zorakılıq və repressiyanı məhkum etmiş, bu barədə bəyanat vermiş və dünyanın bütün insan hüquqları təşkilatlarından sözü gedən mövzuya diqqət ayırmalarını istəmişlər.
Parsabad, Biləsuvar və Germi şəhərlərinin azad universitetlərinin və Pəyami-Nur Universitetinin, Fəhlə Evi Elm və İstehsalat Müəssisəsnin tələbə və müəllimləri,təhsil ocaqları və qurumları, bəsic tələbələr birlikləri və s. iştirak etdiyi bu kompaniyada iştirakçılar “Nardaranın blokadaya alınmasını bərk məhkum edirik”, “Fazil Mustafaevin (deputat) Nardaranın hüseynçi əzadarlarına və şiələrə qarşı təhqirini məhkum edirik”, “Polisin İslam müqəddəslərinə təhqirini məhkum edirk”, “Nardaran şiələrinin öldürülməsini məhkum edirik”, “Fazil Mustafayev İslam müqəddəslərin və Azərbaycan müsəlmanlarına qarşı təhqirin oyuncaq nümunəsi və fiaskosudur”, “Azərbaycan polisinin bu ölkənin dindarlarının və şiələrinin qəlbinə vəhşi hücumunu məhkum edirik” kimi plakatlar götürərək, Azərbaycan dövlətinin bu ləyaqətsiz hərəkətini məhkum etmiş və beynəlxalq insan hüquqları təşkilatlarından Bakı dövlətinin Nardaran şiələrinin hüquqlarını pozmaları və şiələri şəhid etmələri mövzusuna diqqət ayırmalarını istəmişlər.
Kompaniyada İ.İ. Respublikası Təhsil Ocaqlarının İslami Qurumlar Birliyinin baş katibi Hamid Əlaməti də iştirak etmişdir.
Muğanda ictimai kompaniya təşkil edilməsindən əlavə, bu sərhəd bölgəsinin əhalisi canlı zəncir yaradaraq Nardaranın şiə əhalisinə dəstək olduqlarını elan etmişdilər.


    1159 dəfə baxılıb
    Loading ...
    Nur-Az Xeber
    07.12.16, 10:54
    Hətta bir yuxusuz gecə...
    06.12.16, 11:00
    Mosulda uğurlu əməliyyat
    06.12.16, 09:10
    40 dərdin dərmanı
    04.12.16, 11:34
    Bu barədə vəkil Ca