Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Mingəçevir İcra başçısı bir neçə saat iş başında olur

İcra başçısı ilə bağlı maraqlı məlumat
Mingəçevir Şəhər İcra Hakmiyyəti başçısı Niyazi Bayramovla bağlı maraqlı bir məlumat yayılıb. Şəhər sakinlərinin verdiyi məlumata görə, sözügedən şəxsi iş yerində tapmaq onlar üçün əsl məşəqqətə çevirilib. Buna səbəb kimi isə onun davamlı olaraq ziyafət məclislərində olması göstərilir.

Həmin iddialarda qeyd olunur ki, Niyazi Bayramov gün ərzində bir neçə saat iş başında olur. Qalan vaxtları isə dostları ilə birlikdə ya Mingəçevirin özündə, ya da qonşu Gəncə şəhərindəki restoranlara baş çəkir. Sakinlər deyirlər ki, həftədə bir dəfə qəbul günü elan etsə də, icra başçısı çox vaxt müxtəlif bəhanələr adı altında görüşlərə belə gəlmir.

Yeyib-içmək həvəskarı olan Bayramovun istisna hallarda şəhərdəki tikinti və abadlıq işləri ilə maraqlandığını vurğulayan sakinlər deyirlər ki, onun işlərinin çoxunu müavinləri həyata keçirirlər. O da qeyd olunur ki, Mingəçevirin icra başçısı ilə bağlı söhbət düşəndə zarafatla məşhur meyxanalardan birində ifadə olunan bənd zümzümə edilir: «Yeyib-içən oğlan yaman olmaz»…

Qeyd edək ki, Niyazi Bayramovun yeyib-içmək həvəskarı olmasında qəbahətli heç bir şey yoxdur. Sadəcə, ölkənin aparıcı şəhərlərindən birinə rəhbərlik edən şəxsin vətəndaşlarla mütəmadi görüşlər keçirməsi zəruridir./jam.az/
1782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber