Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

“Türkiyə hazırda yürütdüyü siyasətindən peşman olacaq”

Bunu iranlı deputat Mənsur Həqiqətpur deyib.

O bildirib ki, Türkiyə rəsmiləri müstəqil siyasət yürütmürlər: “Türkiyə rəsmiləri ölkə daxilində vəziyyətin gərginləşdiyini görüb xilas olmaq üçün suda çabalayaraq hər yerə və hər şeyə əl atan adama bənzəyirlər. Halbuki indiki şəraitdə onlar üçün yeganə xilas yolu bölgədə muzdlu sifətində çıxış etməkdən çəkinmək və müstəqil davranmaqdır”.

Mənsur Həqiqətpur Türkiyənin yürütdüyü siyasəti Amerika, sionizm və Səudiyyə Ərəbistan siyasətinə və təfəkkürünə bənzədib:
“Türkiyə üçün yaxşısı budur ki, öz qonşuları, o cümlədən də İran, İraq və Suriya ilə dil tapıb onlara yaxınlaşmaqla qarşılıqlı əməkdaşlıq yolunu seçsinlər. Əks təqdirdə Türkiyə və bölgənin digər muzdlu ölkələri yürütdükləri bu səhv siyasətlərindən peşman olacaqlar”- deyə İranlı deputat bildirib.
1228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP