Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

Bakıda dayı bacısı oğlunu öldürdü

21 yaşlı oğlan anası ilə dayısının mübahisəsinin qurbanı olub

Bakıda dayısı bacısı oğlunu qətlə yetirib. Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərlinin verdiyi məlumata görə, hadisə bu gün saat 01 radələrində Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Zaur Novruzov bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Məlum olub ki, 21 yaşlı oğlanı dayısı Vahid Novruzov bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, Z.Novruzovun anası qardaşı ilə dalaşırmış və araya girən gənc oğlan dayısının bıçaq zərbələrinə tuş gəlib./lentaz/
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
Go to TOP