Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

Alay komandiri şəxsi zavodunun açılışına polis müşayəti ilə gedib

Balakişi Əhmədov gəlişinə görə Masallıda yolları bağlayıblar, Göytəpə postunun rəisi isə bunu “dövlət tədbiri” adlandırıb

Azərbaycanda DYP sistemində baş verən özbaşınalıqlar və bəzi polis əməkdaşlarının varlandıqca əndazələri aşması ilk hadisə deyil. Və bunun son hadisə olacağı da inandırıcı görünmür.

BTV xəbər verir ki, BDYPİ-nin Alay komandiri vəzifəsini daşıyan Balakişi Əhmədovun böyük biznesi olmaqla yanaşı, istehsal sahələrinə də sahib olduğu üzə çıxıb. Məlum olub ki, 10 YP 700 dövlət nömrə nişanlı maşının sükanı arxasında əyləşək komandir dünən Cənub bölgəsində istifadəyə verdiyi asfalt zavodunun açılışında iştirvk edib.

Məlumatda bildirilir ki, polkovnik Əhmədov yaxın dostlarının yardımı ilə ərsəyə gətirdiyi biznesini qorumağa çalışır. Amma məsələ ondadır ki, alay komandiri bir sıra ciddi səhvlərə yol verməklə də diqqəti çəkir. BTV xəbər verir ki, sözügedən şəxsin zavodunun açılışına xüsusi mühafizə ilə getməsi qətiyyən başadüşülən deyil. Ona görə ki, hətta ömürlük nazir Ramil Usubov belə bir yerə getdiyində özünün müşayət olunmasını qadağan edib. Bəs, necə olur ki, nazirdən fərqli olaraq, hansısa alay komandiri bir neçə maşının müşayəti ilə bölgələrə səfər edir?

Bu əsnada o da məlum olub ki, Balakişi Əhmədovun Cənub bölgəsinə səfirini müşayət edənlər «Göytəpə» Postunun rəisi Hikmət Qafarov və Salyan DYP postunun rəisi Qulu müəllimin rəhbərliyi altında bir neçə maşın olub. Hətta iş o yerə çatıb ki, Masallı rayonunun Sərçuvar kəndi ərazisində bütün yollar bağlanaraq, ancaq Balakişi Əhmədovun keçməsi təmin edilib.

Yenə sual olunur: Balakişi Əhmədov həqiqət bu qədər mühüm vəzifə sahibidir ki, onun 5-6 DYP maşını müşayət edir, üstəlik, böyük bir trasda gediş-gəliş dayandırılır? BTV xəbər verir ki, bu suala Göytəpə DYP postunun rəisi Hikmət Qafarov unikal cavab verib: «Belə məsələlərdə jurnalistlərdən və rəhbərlikdən icazə almaq fikrimiz yoxdur. Çünki bu dövlət tədbiridir».

Maraqlıdır, Balakişi Əhmədovun özünə şəxsi zavod açması nə vaxtdan dövlət tədbiri sayılır? Və ya Əhmədov nə karədir ki, öz zavodunun açılışını dövlət tədbiri kimi qələmə verir?

Xatırladaq ki, BTV əməkdaşları Balakişi Əhmədovun mühafizə dəstəsi ilə hərəkət etməsini videokameranın yaddaşına köçürə bilib. Bu barədə süjetin isə yaxın saatlarda yayımlanacağı gözlənilir./btv/
1311 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber